SON XƏBƏR

“Reina” terrorunda şübhəli bilinən şəxs sərbəst buraxıldı

Oktyabr 11
13:26 2017
Yeni il gecəsi İstanbulun "Reina” gecə klubunda terror törədən Abdulkadir Maşaripovu silah-sursatla təmin etməkdə şübhəli bilinən İbrahimcon Asparov Danimarkada həbsdən azad edilib.
 
Musavat.com-un məlumatına görə, 39 nəfəri qətlə yetirmiş İŞİD üzvü Abdulkadir Maşaripova silah verməkdə ittiham olunan Asparov iyul ayından bəri həbsdə idi. Şübhəlinin azad edilməsi barədə məlumatı Yutland polis idarəsindən bildiriblər. Açıqlamada qeyd olunub ki, 42 yaşlı, özbək əsilli Asparov Türkiyənin ekstradisiya tələbi əsasında həbsdə saxlanılıb, Danimarka məhkəməsi isə Asparovun terrorla əlaqəsini üzə çıxara bilməyib və şübhəlinin azad edilməsinə qərar verib.
 
Yutland polisi Asparova qarşı istintaqın davam etdiyini qeyd edib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook