SON XƏBƏR

Rəis müavini: “Bəzi kişilər xanımlarına narkotik daşıtdırır”

Mart 15
13:00 2019
Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb. 

Qlobal.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin sonuncu günündə bildirib.

Onun sözlərinə görə, son illər belə qadınların sayı ümumilikdə 14%-ə çatıb: "2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb.  Hətta bəzi kişilər öz qadınlarını, həyat yoldaşlarını, ana və bacılarını bu işə cəlb edirlər. Təbii ki, qadınları bu yola məcbur edirlər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook