SON XƏBƏR

Rejissor Rza Rzayev: “Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” - kəlməsini eşitməmək üçün – Azərbaycan vətəndaşlığından imtina edəcəyəm”

Fevral 01
11:23 2018
Rejissor - yazar Rza Rzayev Azərbaycan vətəndaşlığından imtina edəcəyini açıqlayıb. O, Feysbuk səhifəsində yaydığı bəyanatda səbəblərini izah edib:
 
Hörmətli Cənab Prezident! 
 
Bəlkə də, nə vaxtsa belə mətn yazacağımı heç vaxt təsəvvürümə gətirməzdim. Bu sətirləri yazdıqca qələm əlimdə ən ağır yükə çevrilir. 
 
Məcburiyyət qarşısında qalıb belə gərgin iş rejimində, vaxt azlığında sizə müraciət edirik, sizin vaxtınızı alırıq, bu bizi çox incitsə də, başqa yol qoymadılar, buna görə üzrlü sayın. 
 
90-cı ildən bu tərəfə dövlət üçün hər zaman öndə olmuşam, tanıyanlar tərəfindən və mətbuat səhifələrində qatı ƏLİYEVÇİ kimi təqdim olunmuşam. 
Nəzərinizə çatdırım ki, bir müddət dövlət məmuru kimi çalışmışam, sonra öz istəyim və xahişimlə işdən azad olunmuşam. 
Yəni heç vaxt vəzifə tutmaq iddiam olmayıb. Sonra rejissorluq təhsili almışam - rejissorluq edirəm və çox məmnunam işimdən. Sizi narahat etmə səbəbim tam başqadır”. 
 
R.Rzayev qeyd edib ki, ailə üzvlərinin ən yaxınlarından biri 220 nömrəli məktəbdə 9 ilə yaxındır ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışır: 
"Neçə illərdir işini ləyaqətlə yerinə yetirir, kollektivin sevimlisidir, bu illər ərzində məktəbdə dövlətçiliyin əleyhinə təbliğat aparanlara qarşı mübarizə aparıb. 
Bu da bir çoxlarının marağı ilə üst-üstə düşməyib. Son bir ildə yenə də məktəbdə dövlət əleyhinə aparılan təbliğatın üstünü açıb, etirazını bildirib. (X adlı milli mənşəyi bilinməyən ədəbiyyat müəlliməsi: - "20 yanvar qırğınını yaxşı ediblər, onlar niyə küçəyə çıxırdılar ki, onları da qırsınlar. Sarı Gəlin ermənilərin mahnısıdır” – müəllimə şagirdlərə dərsdə bunları təbliğ edirmiş və burada yaza bilmədiyim başqa məsələləri) 
 
Həmin müəllimə yuxarı siniflər üzrə direktor müavini olan Aybəniz Mirzəliyeva tərəfindən iclasda dəstəklənsə də, dövlət orqanlarına keçmiş direktor tərəfindən bu barədə məlumat veriləndən sonra həmin müəllimə işdən uzaqlaşdırılıb. 
 
Aybəniz Mirzəliyeva davranışları və hərəkətləri ilə məktəbdə ad çıxarmış birisidir, məktəbdə işləyən siyasi və milli mənşəyi bəlli olmayan bir neçə müəllimlə "xüsusi", yaşına və başına yaraşmayan hərəkətlərlə ad çıxarıb, (bu adamların siyasi və milli mənşəyi dövlət orqanları tərəfindən yoxlansa, onların neçə illərdir apardıqları təbliğat üzə çıxar və təsdiqini tapar) dövlətçilik əleyhinə təbliğat aparanları dəstəkləyib, hərəkətlərinə dözməyən bir neçə müəllimə tərəfindən hətta döyülüb də. 
 
Və 6 ay öncə 220 saylı məktəbin direktoru işdən çıxarılıb, yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub. Yeni direktor əvəzedicisi heç bir idarəetmə qabiliyyətinə malik olmayan, adi etik qaydaları və danışıq qaydalarını bilməyən 35-37 yaşlı birisidir. 
 
(Deyilənə görə Fetoçudur - əməllərindən də görünən budur) və orta məktəbdə əsas qadın müəllimlərin çalışdığını nəzərə alsaq, onun qüsurlu danışığı və hərəkətləri ciddi problemlər yaratmağa başlayıb. 
 
Məsələn, direktor əvəzi qadın müəllimələri tək-tək otağına çağırır, stolu çəkib müəllimələr ilə üz-üzə oturur, məktəbə aidiyyatı olmayan suallar verir: məsələn –
 
"Sən adının mənasını bilirsən? 
 
Bilmirsən, mən deyim”, sonra kompüterə girib adın mənasına baxıb, "Sənin adının mənası – gözündən atəş, od yağan deməkdir”. 
 
Və yaxud başqa birilərini çağırıb yenə mətləbə dəxli olmayan suallar verir – "fılan şeyə münasibətiniz necədir?” (burada yaza bilməyəcəyim məzmunda) 
Müəllimələr direktor əvəzedicisinin hərəkətlərindən direktor müavini çalışan yaxın ailə üzvümüzə şikayət ediblər və deyiblər bir də direktor əvəzedicisi onları çağırsa, onun otağına getməyəcəklər. 
 
O da direktor əvəzedicisinə "Belə olmaz, cavan qadınlardır, etik davranışlara riayət etmək lazımdır, sizin kimə iş ilə bağlı sözünüz varsa mənim vasitəmlə deyə bilərsiniz” – deyib. 
 
Sonra direktor əvəzedicisi direktor müavininə hazırlıq pulu yığmaq tapşırığını verib, o da bunun qanunsuz olduğunu deyib, yığmayıb, başqa birinə tapşırıb, özü ilə yeni gətirdiyi və təsərrüfat müdiri təyin etdiyi Gülşən adlı xanıma. 
 
Əslində hazırlıq pulları üçün valideynlər ilə müqavilə bağlanmalı və məktəbin hesabına keçirilməlidir, bunlar pulu nəqd qaydada yığırlar, pullar guya məktəbə xərclənir, müəllimələrin öz imzaları ilə nə qədər pul verdiklərinin siyahısı var, valideynlərin içində isə təbliğat aparır ki, "Mənim restoranım və moykam var, oradan gələn gəlirin bir hissəsini məktəbə xərcləyirəm”. 
 
Gülbəniz adlı psixoloq isə öz işi ilə məşğul olmaq əvəzinə məktəbəqədər hazırlıq kursuna gələn uşaqlara dərs keçir və direktor əvəzinin tapşırığı ilə adam başına 40 manatdan pul yığır, əslində bu kurs pulsuzdur”. 
 
Şikayətçi bəyan edib ki, bunları etmədiyinə görə, Tural Mirzəliyev keçmişdəki, yəni siyasi və milli mənşəyi bilinməyən (əslində bilirik) xüsusi vaxtlarda dövlətçiliyin əleyhinə çıxan yuxarı siniflər üzrə direktor müavini Aybəniz Mirzəliyeva ilə birləşib – təxribatçı hərəkətlər edirlər, onların sözünə baxmayan, hərəkətlərini təqdir etməyən ibtidai siniflər üzrə direktor müavinini cəzalandırmaq fikrinə düşüblər. 
 
Sitat: "İbtidai siniflərin korpusu ayrıdır. Gah "Niyə gətirib sizin korpusda elan paylayıblar?” bəhanələr gətirirlər, (yuxarı siniflər üçün korpusda da paylanır və qapıçı yad adamları içəri buraxmasın, əgər icazəsizdirsə) əslində buna direktor əvəzi özü icazə verib və bu gün də bəzi şirkətlər dərsi pozaraq bu işlərini davam etdirirlər. 
 
Direktor əvəzedicisinə dedikdə, tədbir görmək əvəzinə deyir ki, bunları Bakı Şəhər Təhsil İdarəsindən tapşırıblar. 
 
Sonra ibtidai sinif uşaqlarının bilik səviyyəsini yoxlamaq üçün monitorinq keçiriblər, cavabları yenə Aybəniz və dəstəsi yoxlayıb, göstərici aşağı olub, valideynlər və müəllimlər narazılıq ediblər, qiymətləndirmə ilə razılaşmayıblar. 
 
Müəllimələr testləri alıb yenidən özləri yoxlayıblar – təkrar yoxlamanın nəticəsindən bəlli olub ki, bilərək 50 faiz şagirdin cavabları səhv dəyərləndirilib, testin cavabları aşağı qiymətləndirilib. 
 
Fakt qarşısında qalandan sonra, monitorinqin cavablarını direktor əvəzedicisi ləğv edib. Və sonra yaxın ailə üzvümüz olan direktor müavinini direktor əvəzedicisi yanına çağırıb deyib - "Mən deyənləri etmirsən, müəllimlərini müdafiə edirsən, səni işdən çıxarıram, yerinə X adlı müəlliməni təyin edirəm” (X adlı müəllimə məktəbdə neçə illərdir ki, pul sələmə verir, bir neçə müəllim sələmi qaytara bilmədiyi üçün evini satıb). 
 
İbtidai siniflərin Müəllimə Kollektivi bu addımdan narazı qalıblar və etiraz ərizəsi yazıblar, sonra direktor əvəzedicisi deyib, "İşdən çıxarmıram, işini dəyişirəm” və heç bir səbəb göstərmədən. 
 
Məsələni araşdırmaq üçün özüm şəxsən direktor əvəzedicisi Tural Mirzəliyevin yanında oldum. 
 
Deyirəm – "İnsanların heç də hamısı anasının-bacısının yanında olmur, ətraf, cəmiyyət onları qorumalıdır, sən hələ məktəb direktorunu əvəz edirsən, bu nə hərəkətlər və danışıq tərzidir”. 
 
Cavabında deyir - "Mən filoloqam, necə istəyirəm danışa bilərəm”. Biz tərəfdən istənilən cavabını aldı. 
 
Başa saldıq ki, "Filoloq kimi evində anan və bacınla danış, bura məktəbdir, sən də məktəb direktorunu əvəz edirsən. Burada özünü filoloq kimi yox, məktəb direktorunu əvəz edən şəxs kimi aparmalısan”. 
 
Yanvar ayının 31-də iclas keçirilib, direktor əvəzedicisinin tapşırığı ilə Aybəniz və dəstəsi işlənmiş reseptlər ilə şantaja keçiblər və dəqiq cavabla susdurulublar, əməlləri üzlərinə deyilib, daha danışmayıblar. 
 
Etiraz edən müəllimlərə təzyiqlər olub, Gülşən adlı köməkçisi, yəni Turalın pul yığanı bir-bir sinifləri gəzib, deyib – "Biz deyənə kim etiraz etsə, işdən çıxarılacaq, bu Bakı Şəhər Təhsil İdarəsinin tapşırığıdır” və s. 
 
Tural Mirzəliyev və Aybəniz Mirzəliyevanın soyadları eynidir, qohum olub-olmadıqlarını bilmirəm, amma eyni təbiətli olduqları ortadadır.
 
Amma, bunlar bir şeyi unudublar, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dövlətdə haqq əvvəl-axır öz yerini tapır və tapacaq. 
 
Dünyada gedən gərgin proseslərin fonunda, cəmiyyətimizin həssas dönəmində belə əxlaqsız, düşünülməmiş hərəkətlər hər an dövlətçiliyimiz üçün təhlükə yaradır və bir fərdin qüsurlu bir hərəkəti bütün hakimiyyətin ifadəsi kimi başa düşülür. 
 
Cənab Prezident, bu məsələ təcili öz haqlı həllini tapmasa, daha böyük faciələrə gətirib çıxara bilər. Belə danışığın, hərəkətlərin fərdi cavabına! 
 
Sizdən xahişimiz budur ki, bu məsələnin qərəzsiz, tərəf tutulmadan yoxlanıb ciddi tədbir görülməsi üçün əmr və tapşırıq verəsiniz. 
 
Bu məsələ haqlı həllini tapmasa, "Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” - kəlməsini eşitməmək üçün – Azərbaycan vətəndaşlığından imtina edəcəyəm”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook