Rektorla keçmiş dekan arasında problem: Elçin Rəşidov işdən niyə çıxarılıb?
Dekabr 13
13:21
2023
Azərbaycan Universitetinin keçmiş işçisi Elçin Rəşidovla adıçəkilən təhsil ocağını məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsindən ibarətdir.
Birinci instansiya məhkəməsinin qərarı Elçin Rəşidovu qane etmədiyindən o, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhəmməd Rüstəmli iş üzrə hakim təyin edilib.
Elçin Rəşidov Azərbaycan Universitetinin "Facebook" səhifəsində "Biznes məktəbi"nin dekanı kimi təqdim edilib. Onun nə zaman və hansı əsasla işdən çıxarılması məlum deyil. Bəlli olan odur ki, keçmiş dekan bu addımı qanunsuz hesab edir.
Bəzi iddialara görə, keçmiş dekanla rektor Səadət Əliyeva arasında problemlər olub. Onun məhz bu səbəbdən işdən çıxarıldığı iddia olunur.
Qeyd edək ki, Azərbaycan Universiteti Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindəndir. Universitet 1991-ci ildə təsis edilib. Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının isə 8 aprel 1993-cü il tarixli qərarları ilə "Azərbaycan" Universiteti dövlət qeydiyyatına alınıb və ona sertifikat verilib.

Səadət Əliyeva 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.
Qlobal.az