“Reo-Med” klinikası ilə bağlı qəlmaqal davam edir – Əli Hüseynovla bağlı nə baş verir?
İyul 19
20:47
2024
Bir neçə gündür ki, ölkə gündəmi 29 yaşlı Aybəniz Almuradovanın "Reo-Med” klinikasındakı müəmmalı ölümü ilə çalxalanır. Qadın estetik əməliyyat zamanı verilən narkozdan sonra komaya düşüb və 21 gün ərzində dünyasını dəyişib.
Ancaq hadisənin maraqlı və qaranlıq tərəfləri sözügedən klinikanın kimlər tərəfindən idarə olunması ilə bağlıdır.
Məlumata görə, "Reo-Med” klinikasını idarə edən şəxslər arasında "Dünya TV”nin rəhbəri Ramiz Hüseynovun oğlu Əli Hüseynovun adı hallanır. Belə ki, Əli Hüseynov özünü gah adıçəkilən klinikanın mühafizəçisi kimi, gah da ora aidiyyatı olmayan şəxs kimi göstərməyə çalışsa da, iddialar başqa şey deyir. Bildirilir ki, "Alo Doktor” klinikasının rəhbəri olan Əli Hüseynov, həm də "Reo-Med” klinikasının qeyri-qanuni idarəçisidir. Bu, Əli Hüseynovla bağlı ilk qalmaqallı hadisə deyil. Qeyd olunur ki, təxminən 2-3 il öncə Əli Hüseynov avtomobillə adam vuraraq öldürüb. Hətta iş məhkəməyə qədər gedib çatsa da, Əli Hüseynov atası Ramiz Hüseynovun əlaqələri hesabına həbsdən boyun qaçıra bilib və yalnız icbari iş almaqla kifayətlənib. Əli Hüseynov "Alo Doktor” klinikasını sumqayıtlı sahibkar Vüsal Səfərov adlı şəxslə şərik kimi idarə edir.
İddialarla əlaqədar Ə.Hüseynovla əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: pravda.az
Qlobal.az