“Reo-Med” klinikasının həkimi cinayət məsuliyyətinə cəlb edilib - Pasiyent ölümünə görə
Dekabr 12
02:28
2024
Bakıda qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib.
"Report" xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də əməliyyat üçün "Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib.
Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.
Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Qlobal.az