SON XƏBƏR

Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə edib

May 11
00:03 2017
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.
 
"Report"un məlumatına görə, 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.
 
U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub.
Sona 3 tur qaldığından, "qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.
 
Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook