Rəşad Sadıqov: "Fasilədə Qurban Qurbanov dedi ki..."
Avqust 24
11:29
2017
"Kopenhagen”i sıradan çıxararaq Çempionlar Liqasında qrup mərhələsinə yüksələn "Qarabağ” bu gün səhər saatlarında Bakıya çatıb.
Qlobal.az-ın futbol11.az-a istinadən məlumatına görə, komandanı hava limanında xeyli azarkeş və jurnalist qarşılayıb. Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı sualları cavablandırıb:
Qlobal.az-ın futbol11.az-a istinadən məlumatına görə, komandanı hava limanında xeyli azarkeş və jurnalist qarşılayıb. Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı sualları cavablandırıb:
- Çətin oyun oldu. Rəqib son dəqiqəyə kimi əlindən gələni etdi ki, mərhələni adlasın. Təcrübəli komandadır. Son ana kimi mübariz apardıq. Sevinirik ki, mərhələ adlayan tərəf biz olduq.
- Bütün azarkeşlər səhərə kimi yatmayıb, qələbəni bayram edib. Onlara nə sözün var?
- Hamıya təşəkkür edirəm. Hər kəs bunu istəyirdi. Neçə illərdir buna doğru gedirdik. Çox sevinirik ki, bu il istəyimizə çatdıq. Yadınızdadır, ötən mövsüm ÇL-i necə üzücü şəkildə tərk etdik. Bu il də hazırlıq dövründə məğlubiyyətlərimiz olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma ilk gündən nəyəsə nail olmaq üçün nə əziyyət çəkəcəyimizi bilirdik. Düşündüyümüz transferlər alınmadı. Qurban müəllimi bir daha təbrik edirəm. Transfersiz, bu qədər çətinliklərə baxmayaraq, hansı ki, çoxlu zədəlilərmiz oldu, milliyə xeyli futbolçumz cəlb edildi, xeyli ağır proseslərdən keçdik. Bəzi şeylər var ki, kənardan görünmür. Dünənki matçda Qurban müəllim bir neçə dəfə oyun sistemini dəyişdi. Belə qarşılaşmalarda nəyisə dəyişmək böyük riskdir. İlk yarıda məğlub olmağımıza baxmayaraq, fasilədə bizə çox yaxşı çıxış etdiyimizi bildirdi. Bizə mərhələni keçəcəyimizi və inandığını dedi. Bütün xalqımızı təbrik edirəm. "Qarabağ” təkcə bizim yox, xalqın komandasıdır. Hansı komandanı təmsil etdiyimizi bilirik, son damla qanımıza görə mübarizə apardıq ki, arzumuza çataq.
- Bu gün püşk atılacaq. Qarşılaşmaq istədiyiniz rəqib varmı?
- İndiyə kimi püşkdə xüsusi istədiyimiz komanda olmayıb, heç kimdən çəkinməmişik.
- "İnter”lə 3 il əvvəlki matçda Zelinkanın səhvindən sonra demişdin ki, "bir də əlimizə bu cür şans düşəcək, ya yox, bilmirəm”. Dünən qələbədən sonra nə düşünürdün?
- Yolda çox şey haqqında danışmışıq. 5 saat biz də yatmamışıq. "Rusenborq”la səfərdə 0:0 hesablı heç-heçədən sonra bizi təbrik edirdilər. Amma bu gün ÇL-in qruplarındayıq.Növbəti mövsüm reqlamentdə dəyişikliklər ediləcək, belə olan halda vəsiqə qazanmaq da çox çətin olacaq. Başa düşürdük ki, belə fürsəti bir də əldə etməyə bilərik. Əlimizdən gələni etdik ki, bu il istəyimizə nail olaq.