Rəşid Behbudov - 100
Dekabr 15
17:38
2016
Dünən 14
dekabrda, Heydər Əliyev adına Respublika sarayında Mədəniyyət və Turizm Nazirliyinin
dəsti- xətti ilə Rəşid Behbudovun xatirəsinin 100 illik yubileyi təntənəli şəkildə
qeyd olundu. Gecədə ilk çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev
çıxış edərək, Rəşid Behbudovun Azərbaycan üçün miras sənətindən danışdı. Nazir
qeyd etdi ki, gözəl səs, profesional ifa hələ yüzilliklərlə insanların könlünü
oxşayacaq.
Gecəyə təşrif
buyurmuş qonaqlar qismində Rəşid Behbudovun repertuarından ifalar səsləndi.
Xuraman və Fidan Qasımova bacıları, İlhamə Qasımova, Abbas Bağırov, həmçinin
xalq artisti Azər Zeynallı, Samir Piriyev, Samir Cəfərov və digərləri zalda əyləşən
tamaşaçılara ifaları ilə xoş anlar yaşatdılar.
Qlobal.az