Rəsmi Bakı Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır
Dekabr 14
15:38
2023
"Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır”.
Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək.
"Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.