SON XƏBƏR

Rəsmi Bakı Yevlax görüşündə ermənilərdən nə tələb edib? - Bəzi detallar açıqlandı

Sentyabr 26
12:25 2023
Ermənistanın müxalifyönümlü nəşrlərindən olan "Hraparak”, sentyabrın 21-də Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə Qarabağın azsaylı sakinlərinin təmsilçiləri arasında Yevlax şəhərində baş tutan görüşün bir sıra detallarını açıqlayıb.

"AzPolitika.info” xəbər verir ki, "Hraparak” Yevlaxda keçirilən görüşdə Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələrinin əsas prioritet tələbini açıqlayıb.

Nəşr qeyd edib ki, Azərbaycan tərəfi təkidlə Xankəndidəki bütün "dövlət strukturları” və "qurumlar”ın ləğvi ilə bağlı elan verilməli olduğunu bildirib. Həmçinin erməni təmsilçilərin diqqətinə çatdırılıb ki, bütün "qurum”ların yerləşdiyi binalardan Azərbaycan bayrağı asılmalı, bundan sonra isə inteqrasiya prosesi başlamalıdır.

Nəşrin məlumatına görə, erməni tərəfi  Xankəndiyə girişin bir qədər gecikdirilməsini xahiş edib.  Bakının buna cavabı haqda isə məlumat verilməyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook