SON XƏBƏR

Respublika Süni Mayalama Mərkəzində əsaslı tikinti-quraşdırma işləri başa çatıb

Yanvar 24
11:26 2016
Kənd təsərrüfatı naziri Heydər Əsədov Göygöldə tikilən Respublika Süni Mayalama Mərkəzinin inşası ilə tanış olub.
 
AZƏRTAC xəbər verir ki, 3 hektar sahədə inşa olunan mərkəzdə əsaslı tikinti-quraşdırma işləri başa çatıb. İkimərtəbəli inzibati bina da artıq hazırdır. Burada yardımçı təsərrüfat yaradılacaq, laboratoriya, klinika və əməliyyat otağı fəaliyyət göstərəcək. Heyvandarlıq sahəsi üzrə elmi işlər aparmaq, zootexniklərin süni mayalama mütəxəssisi kimi regionlarda fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacaq. Müasir avadanlıqların quraşdırılacağı mərkəzdə xüsusi cinsli 40 buğa qapalı rejimdə bəslənəcək və karantin müddəti yekunlaşdıqdan sonra onlardan toxum götürüləcək.
 
Ötən il 100 minə yaxın düyə və inək süni mayalanıb, onların 60 faizindən çoxunda müsbət nəticə əldə edilib. Martın sonunadək istifadəyə verilməsi planlaşdırılan, Qafqazda analoqu olmayan Respublika Süni Mayalama Mərkəzi bu sahədə göstəriciləri daha da yüksəltməyə imkan verəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook