Respublikanın "Respublikanski"dən xəbəri yoxdur
Oktyabr 28
20:51
2024
Vüqar Qurbanov xəstəxanını Elviz Qasımova qurban verir
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) bütün şöbələrində dezinfeksiya aparatları qoyulsa da, içi boşdur.
Bu barədə "Arqument.az"a xəstəxanda çalışan əməkdaşlardan biri məlumat verib.
O deyib ki, qoyulduğu gündən indiyədək həmin aparatlarda dezinfeksiya məhlulu olmayıb.
Məlumatda həmçinin qeyd edilir ki, "oper-blok"da həkimlərin əməliyyatöncəsi əllərini dezinfeksiya etmələri üçün xüsusi şotkalar olmalıdır: "Bir şotkadan yalnız bir həkim istifadə etməli və sonra atmalıdır. Lakin xəstəxanada bu şotkalar məhdud saydadır. Ona görə də bir şotkadan 4-5 həkim istifadə edir. Bu xəstəyə infeksiya düşməsi riskini artırır".
Həkim deyir ki, bununla bağlı Dilrüba adlı aptek müdirinə müraciət etdikdə o məsuliyyəti xəstəxananın rəhbəri Elviz Qasımovun üzərinə atır.
Məlumatlardan aydın olur ki, xəstəxanadakı problemlərdən biri də xəstələrin arxivi ilə bağlıdır.
İddialara görə, "Respublikanski"də xəstələrin arxivi ümumiyyətlə yoxdur. Hər dəfə xəstəyə yeni xəstəlik tarxiçəsi açılır.
O, xəstəxananın Əminə Rüstəmova adlı hüquqşünasından da narazıdır. Deyir ki, hüquqşünas nahar fasiləsi zamanı bir-bir otaqları gəzərək naharda olan həkimlərə töhmət verir və cərimələyir: "Çünki Elviz Qasımova güvənir, arxalanır. Həmin cərimələr əməkhaqqından çıxılır".
Xəstəxananın rəhbəri Elviz Qasımov struktur dəyişkiliyini də öz maddi maraqlarına uyğun formada həyata keçirir.
Məsələn, o, allerqologiya şöbəsini pulmonologiya (ağciyər) şöbəsinə çevirib. Çünki COVİD-ə görə bu, daha gəlirlidir. Dəhşətlisi isə budur ki, allerqoloq həkimlər indi ağciyər müalicəsinə keçib bu şöbədə fəaliyyət göstərirlər.
Həkim ötən yazımızda xəstəxanın Lor şöbəsində baş verən yanğınla bağlı məsələyə toxunub və yeni detallar açıqlayıb: "Bəli, əvvəllər xəstəxanada yanğın təhlükəsizliyi ilə məşğul olan qurum olub, amma Elviz Qasımov gələndən sonra həmin qurum ləğv edilib, yanğına cavabdehlik öhdəliyi şöbə müdirlərinin üzərinə qoyulub. Bunun da nəticəsində həkim yanğınsöndürmə qaydalarını mükəmməl bilmədiyindən şöbədə yanğın baş verdi. Amma Vüqar Qurbanov bunu təlim kimi qələmə verərək ictimaiyyətdən gizlətdi. Bu haqda video və foto sübutlar var. Hadisə bu ilin əvvəlində Lor şöbəsində (burun–boğaz) olmuşdu. Zərəçəkənlər də maddi dəstəklə susduruldu".
"Yanğın baş verən Lor şöbəsi 5-ci mərtəbədə idi. Elviz Qasımov faktı gizlətmək üçün Lor şöbəsini II mərtəbəyə keçirib. Həmin şöbənin müdiri Anar doktorun heç bir günahı olmadan ona şiddətli töhmət verilib vəçöbə müdiri vəzifəsindən azad edilib. Lakin uzman olduğu üçün onu işdən çıxara bilməyib", - deyə həkim bildirib.
Məsələ ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) və TƏBİB-in mövqeyini də dərc etməyə hazırıq.
Qlobal.az