SON XƏBƏR

Rəsul Çunayev erməni rəqibinə uduzmasından danışdı

Avqust 17
00:07 2016
"Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım".

"Report" xəbər verir ki, bunu Rio-2016-da bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında bildirib.

"Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki erməni idmançıya uduzmuşam. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim. Mən çoxdandır 66 kq. çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi - olimpiya çempionu, dünya çempionu...Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim", - deyə o qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook