SON XƏBƏR

Rəsulzadə küçəsinin adı niyə dəyişdirilib? (AÇIQLAMA)

Aprel 05
13:03 2023
Şirvan Şəhər İcra Hakimiyyəti Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adının dəyişdirilməsi ilə bağlı məlumata aydınlıq gətirib. 

İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş məsləhətçisi Gülməmməd Abbasov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiq edib: 
 
"Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişməyib. Küçənin ümumi uzunluğu 1850 metrdir, onun 1000 metri Məhəmməd Əmin Rəsulzadə prospektidir, 850 metri isə İstiqlaliyyət küçəsidir”. 

Qeyd edək ki, bu barədə məlumatı Demokrat.az saytı yayıb. Bildirilir ki, Şirvanda Rəsulzadə küçəsinin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb. Bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib. 

İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib. Başçının bu addımı Şirvan sakinlərinin ciddi narazılığına səbəb olub. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook