“Retro Bakı” layihəsində maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözlənilir
Avqust 12
12:54
2016
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 13-14-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
İdarədən AZƏRTAC-a bildirilib ki, Bakı sakinlərini və qonaqlarını maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözləyir. Belə ki, bu həftə "Retro Bakı”nın qonaqları tanınmış müğənni Yaqut Babayeva və rəqqasə Fatimə Fətəliyeva olacaq. Həmçinin konsertdə gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, "İstedad” instrumental ansamblı və "Azad” rəqs qrupu iştirak edəcək.
Qlobal.az