"Rəvan Sığorta" əmlakının böyük hissəsini bu şəxsə satdı
Avqust 12
16:16
2020
"Rəvan Sığorta” əmlaklarını satmağa başlayıb.
Bu barədə "MediaPost”a sığorta şirkətindən bildirilib. Məlumata görə, şirkətə məxsus ümumi dəyəri 1.070 350 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 40 ünvanında, Koroğlu Rəhimov küçəsi 96,98 ünvanında və Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 3 qeyri –yaşayış sahəsi Qasımova Nigar Vəzirxan qızına satılıb.
Sığorta şirkətinin "Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45% - ni təşkil edən payının 97.78% -ni təşkil edən və 660 026 manat məbləğində olan hissəsini "Nurgün Grup” MMM -yə, qalan 2.22% - lik payı isə 15 000 manat məbləğində birdəfəlik ödəniş edilməklə Səfiyev Nicat Müşfiq oğluna satılıb.
Qeyd edək ki, bunun hesabına sığorta şirkətinin cəmi aktivləri 17,057 milyon manatdan 12,069 milyon manata qədər azalıb.

Qlobal.Az