SON XƏBƏR

Ürəyin çıxarılması əməliyyatı zamanı donor oyandı

Oktyabr 18
23:31 2024
Amerikanın Kentukki ştatının sakinini orqanlarını çıxarmaq üçün əməliyyat otağına aparıblar və bu anda həkimlər onun sağ olduğunu anlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İndependent" yazıb.

Bir kişi həddindən artıq narkotik dozasından sonra xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirləri ona kömək etməyib və donor olmaq arzusunu ifadə etdiyindən o, xüsusi palataya aparılıb. Lakin əməliyyat zamanı həmin şəxsin sağ olduğu məlum olub. Bundan sonra iki həkim əməliyyatdan imtina edib.

Mütəxəssislərdən birinin dediyinə görə, həkimlər həyat əlamətlərini görəndə rəhbərliklə əlaqə saxlayıb və "bunu edəcək başqa həkim tapın" deyiblər.

O, həmçinin əlavə edib ki, hadisə baş verən gün kişi ürəyinin vəziyyətini qiymətləndirən prosedurdan keçib. Prosedur zamanı ürək şiddətli döyünməyə başlayıb, lakin ona sakitləşdirici iynə vurublar və onu çıxarmağa hazırlığı davam etdiriblər.

"Mən bütün həyatımı orqan donorluğuna və transplantasiyasına həsr etmişəm. İndi çox qorxuram ki, bunların baş verməsinə icazə verilir və donorları qorumaq üçün başqa heç nə edilmir", deyə qadın bildirib.

Bu arada "canlı donor"un taleyinə biganə qalmaqda ittiham olunan qurum hər şeyi təkzib edir. Əməliyyat edən həkimlərə təzyiq etmədiklərini bildiriblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook