SON XƏBƏR

Reytinq agentliyi: Azərbaycanın dövlət büdcəsi 4 il kəsirsiz olacaq

Yanvar 27
14:03 2018
"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağını proqnozlaşdırır. Bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
 
Hesabatda qeyd olunur: "Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını proqnozlaşdırırıq".
 
Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini proqnozlaşdırır:
 
"Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook