SON XƏBƏR

Rişi Sunakın reytinqinə zərbə: Britaniya iqtisadiyyatı tənəzzülə uğrayır

Fevral 16
01:20 2024
Böyük Britaniya iqtisadiyyatı 2023-cü ilin ikinci yarısında tənəzzülə uğrayıb və Leyboristləri bir daha Rishi Sunak hökumətinin səmərəsizliyi haqqında danışmağa sövq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rəsmi məlumatlara görə, İngiltərənin ümumi daxili məhsulu keçən ilin dekabr ayına qədər olan üç ayda 0,3% azalıb. Dördüncü rübdəki eniş 0.1% azalma proqnozlaşdıran iqtisadçıların gözlədiyindən daha dərin olub.

Funt-sterlinq dollar və avro qarşısında zəifləyib. İnvestorlar İngiltərə Bankının bu il faiz dərəcələrini aşağı salacağına dair mərclərini artırıblar və bizneslər martın 6-da baş tutacaq büdcə planında hökumətin daha çox köməyinə çağırıblar.

İqtisadi vəziyyət dəyişməzsə, Rişi Sunakın reytinqlərinə zərbə vuracaq, hansı ki, onsuz da ən yaxşı səviyyədə deyil. Dekabrda keçirilən sorğulara görə, Leyboristlər Sunakın Mühafizəkarları üzərində əhəmiyyətli üstünlüyü qoruyub saxlayır: o zaman ehtimal olunan seçicilərin 45%-i Leyboristləri dəstəkləyib, seçicilərin yalnız 23%-i Torilərə dəstək olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook