SON XƏBƏR

Rohinca müsəlmanlarıı Myanmadakı zorakılıqlardan Banqladeşə qaçır

Sentyabr 04
11:43 2024
Son aylarda təxminən 8000 Rohinca müsəlmanı Myanmanın Qərbdəki Rohingya əyalətindəki zorakılığın artmasında qaçaraq Banqladeşə sığınıb.

Myanmanın hakim xunta ilə əsasən buddistlərdən ibarət güclü etnik milis olan Arakan ordusu arasındakı döyüşlər şiddətlənməsi zorakılığı da artırıb. Banqladeş hökumətinin qaçqınlardan məsul olan yüksək vəzifəli şəxsi Məhəmməd Şəmsud Duza mediaya açıqlamasında deyib ki, son iki ayda təxminən 8000 Rohinca müləmanı Banqladeşə gəlib. Banqladeş onsuz da çox yüklənib və daha çox qaçqın qəbul edə bilmir.

Banqladeş hökuməti Rohingyadan son bir neçə ayda nə qədər köçkünün gəldiyinə dair əvvəllər məlumat verməyib. Banqladeşin Xarici İşlər naziri Məhəmməd Touhid Hüseynin sözlərinə görə, hökumət böhranı həll etmək üçün növbəti iki-üç gün ərzində ciddi müzakirə keçirəcək: "Ölkədə artıq əlavə qaçqınlara humanitar sığınacaq vermək imkanlarımız yoxdur. Sərhədi tamamilə bağlamaq mümkün deyil, amma axının qarşısını almaq üçün səy göstəriləcək”.
Banqladeşdəki on minlərlə Rohingya qaçqını ötən ayın sonunda düşərgələrdə 2017-ci ildə onları Myanmadan qaçmağa məcbur edən hərbi repressiyaların yeddinci ildönümünü qeyd edərək, zorakılığa son qoyulması və öz vətənlərinə təhlükəsiz qayıtmaları tələbi ilə aksiyalar keçirib. Hal-hazırda Banqladeşin cənubundakı izdihamlı düşərgələrdə yaşayan bir milyondan çox Rohingya qaçqınının, əsasən vətəndaşlıq və digər əsas hüquqlardan məhrum olduqları Myanmaya qayıtmaq ümidi yoxdur.

Məhəmməd Touhid Hüseyn Banqladeşin daha çox Rohingya qaçqını qəbul edə bilməyəcəyini bildirib, Hindistan və digər ölkələri daha aktiv tədbirlər görməyə dəvət edib.

O, həmçinin beynəlxalq ictimaiyyəti Arakan ordusuna Rakhine əyalətindəki müsəlmanlara hücumlarını dayandırmaq üçün təzyiq göstərməyə çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook