SON XƏBƏR

Roma papası katolik kilsəsinin hərəkətlərindən məyus olub

Avqust 27
13:37 2018
Baş yepiskop Viqano: Katolik kilsəsində homoseksual şəbəkələr oktapod kimi kilsənin hər yerinə yayılıb
Roma papası I Fransisk Dublində pedofil keşişlərin qurbanları və onlaırn yaxınları ilə görüşüb.

Burada pontifik azyaşlılara qarşı seskual xarakterli zorakılıq faktlarını gizlədən katolik kilsəsinin hərəkətlərindən məyus olduğunu söyləyib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Dublindəki bir qəsrdə çıxış edən Papa xristian rahiblərinin əsas vəzifəsinin uşaqları maarifləndirmək və onları qorumaq olduğunu söyləyərək, bunun əvəzinə onların "ləyaqətsiz hərəkətlər” törətdiyini bildirib.

"Yepiskopların, keşişlərin, klisə rəhbərliyinin bu cür iyrənc cinayətlərə adekvat reaksiya verməkdə aciz qalması ədalətli olaraq hər kəsdə narazılıq oyadıb. Baş verənlər katolik icması üçün utanc və ağılı bir hadisədir. Mən şəxsən özüm bu hissləri paylaşıram”,-Roma papası qeyd edib.

Xristianların baş rahibi katolik kilsəsini bürüyən bu bədbəxtliyin kökünü kəsmək üçün əlindən gələni edəcəyinə dair söz verib.

Avqustun ortalarında isə ABŞ mətbuatı Pensilvaniya ştatında katolik keşişlərinin azyaşlı uşaqlara qarşı seksual zorakılığı barədə məruzə yayıb. 1300 səhifəlik sənəddə 1000-dən artıq uşağın 300-dən çox rahibin təcavüzünə məruz qaldığı göstərilib. Bunların içində zorlamadan tutmuş, aborta məcbur etmə, uşaq pornovideolarının hazırlanmasına qədər hər şey var.

Vatikanın ABŞ-dakı keçmiş səfiri (kilsə onları nunsiya adlandırır) baş yepiskop Karlo Mariya Viqano isə bütün bunları görməzlikdən gəlməkdə suçladığı I Fransiskə od püskürüb.

Vigano ABŞ-da çıxani "National Catholic Register” qəzetində dərc etdirdiyi 11 səhifəlik məktubda Roma papasını istefaya dəvət edib.

Papanın uşaq zorakılığına görə keçən ay istefaya gedən kardinal Teodor Makkariklə bağlı iddialarla bağlı 2013-cü ildən bu yana heç bir şey etmədiyini söyləyən Vigano vaxtilə onun haqqında I Fransiskə şəxsən özünə xəbər verdiyini yazıb.

"Papa I Fransisk 2013-cü ilin iyunu 23-dən bu yana Makkarikin təcavüzkar olduğunu bilirdi. Papa Makkarik kimi uşaqlara qarşı istismarını ört-basdır edən kardinal və yepiskoplara nümunə üçün istefa etmək məcburiyyətində olan bir insandır”, -Viqano yazıb.

Katolik kilsəsi içində "homoseksual şəbəkə” olduğunu önə sürən Karlo Viqano "Bir çox yepiskopluqda bu homoseksual şəbəkələr məxfi şəkildə oktapod qolları kimi hər yana yayılıb. Onlar məsum qurbanlarla bərabər bütün kilsəni boğurlar”, - keçmiş səfir bildirib.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook