Roman Qriqorçuk: "Azərbaycan mənə böyük təcrübə verdi"
Oktyabr 10
02:01
2016
"Bir məşqçi kimi Azərbaycan məni necə dəyişdi? Böyük təcrübə verdi, çox şey öyrətdi. Mən əminəm ki, daha da güclü oldum. "Çernomorets"də gənc futbolçular var idi ki, onlar içə, çəkə və gecəni yatmaya bilərdilər. Azərbaycanda isə belə məqamlara demək olar ki, rast gəlməmişəm, çünki orada futbolçuların əməli olaraq hamısı inanclıdırlar. Onlar içə və çəkə bilməzlər".
"Report" xəbər verir ki, bu sözləri "Moya iqra" verilişinin aparıcısı Alla Bubliyə müsahibəsində "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
O, jurnalistin "Ramazan ayında necə işləyirsiniz?" sualına belə cavab verib: "Düzünü deyim ki, biz futbolçulara güzəşt edirik. Çünki bir insan səhərdən axşama qədər yeyib-içmədən iki rejimdə məşq edə bilməz. Futbolçuların özləri də belə düzəlişlər edirlər. Onların heç də hamısı oruc tutmur, bu qaydalara əməl etmir. Onlar başa düşürlər ki, idmançı su içməlidir, su itkisi pis nəticələrə gətirib çıxara bilər. Lakin elə futbolçular var ki, bütün bunlara yüz faiz əməl edir".