SON XƏBƏR

Ronaldonu reklama çəkən türkiyəli Ümmiyə xala - Video

Mart 16
01:28 2017
"Türk Telekom” şirkətinin "Sən yetər ki, xəyal et” adlı reklam filmində dünya şöhrətli futbolçu Kristiano Ronaldo və Mersin şəhərinin Arslanköy kəndində qurduğu teatrla məşhurlaşam Ümmiyə Koçak oynayıb.
 
Qlobal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daha öncə yazdığı və rejissorluğunu etdiyi "Yün bebek” filmiylə "Nyu-York Avrasiya Film Festivalı”nda mükafata layiq görülən Ü. Koçak reklamı özü çəkib.
 
Dənizli, Rizə, Antalya, Qaziantep, İstanbul və Çanaqqala olmaqla 6 vilayətdə, 23 gün ərzində çəkilən reklamda təxminən 100 nəfərlik heyət iş görüb.
 
Ronaldo reklam filmində həyatda yaşadığı çətinliklərə baxmayaraq, xəyallarının arxasınca qaçmaqdan yorulmadığını bəhs edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook