SON XƏBƏR

Rübabə Əsgərovadan çoxsaylı şikayət - 33 nömrəli məktəbdə yoxlamalar aparılır

Aprel 04
13:44 2024
Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə yoxlamalara başlanıb.

Bakupost.az –ın məlumatına görə, Əsgərova Rübabə Sahib qızının direktoru olduğu 33 nömrəli məktəbdə yoxlamaların aparılmasına səbəb çoxsaylı şikayətlərin olduğu göstərilir.

2 gündür davam edən yoxlamalar zamanı çoxsaylı qanun pozuntuları, o cümlədən "ölü canlar”, şagirdlərin aylığa buraxılmaları və müəllimlərin adına qanunsuz əlavə dərslərin və dərnəklərin yazılması ilə bağlı ciddi maliyyə pozuntusu faktları aşkar edilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook