Ruben Vardanyan barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib
Sentyabr 28
12:27
2023
Səbail Rayon Məhkəməsində qondarma rejimin "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruben Vardanyan ötən gün "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.