SON XƏBƏR

Rubl və Rusiya fond bazarı son həddə qədər çökdü, ticarət dayandı

Fevral 24
10:34 2022
Rusiya birjası və rublu bu gün səhər saatlarında Rusiya qoşunlarının Donbasda xüsusi hərbi əməliyyata başlaması fonunda Moskva birjasının müəyyən etdiyi sərhədlərə qədər çöküb.
 
Qaynarinfo "RİA Novosti”yə istinadla xəbər verir ki, dolların məzənnəsi 85 rubla, vahid Avropa valyutasının məzənnəsi 95 rubldan yuxarı səviyyəyə yüksəlib və hərrac faktiki olaraq keçirilmir.
 
Xatırladaq ki, bu gün - fevralın 24-də Rusiya prezidenti Vladimir Putin ruslara təcili müraciət edərək Donbasda xüsusi hərbi əməliyyatın başladığını elan edib. O, çıxışında "şəraitin Rusiyadan qətiyyətli addımlar tələb etdiyini” bəyan edərək, "Rusiyanın Ukraynanın nüvə silahına sahib olmasına imkan verməyəcəyini” vurğulayıb.
 
Rusiya prezidentinin sözlərinə görə, Rusiya Federasiyasının planlarına "Ukrayna ərazilərinin işğalı daxil deyil”, lakin "Rusiya Federasiyası Ukraynanın bütün xalqlarının öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilməsini vacib hesab edir”.
 
Kremlin qərarına reaksiya verən ABŞ prezidenti Co Bayden xüsusi bəyanatla Rusiyanın Ukraynaya hücumunu əsassız adlandırıb və bunun hesabını verəcəyini vəd edib.

Öz növbəsində BMT-nin baş katibi Antonio Quterreş Putini "əsgərlərin Ukraynaya hücumunu dayandırmağa” və sülhə şans verməyə çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook