Rüfət Aslanlı: "Hər hansı bankın bağlanması gündəmdə deyil"
Noyabr 04
13:07
2016
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda daha bir kommersiya bankının bağlanacağı ilə bağlı gəzən şaiyələrə münasibət bildirib. "Report” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
R.Aslanlı qeyd edib ki, hazırda hər hansı bankın bağlanması məsələsi gündəmdə deyil: "İndi məqsədimiz yalnız bankların dayanıqlılığının təmin edilməsidir. Müəyyən banklar var idi ki, onların kapitalla bağlı problemləri olub. Həmin bankların səhmdarları ilə görüşdük. Onların bir qismi kapital probleminin həlli istiqamətində heç bir tədbir görmədi və lisenziyaları ləğv olundu. Bəzi banklar isə kapitalını lazım olan səviyyəyə çatdırdılar.
Yalnız "Bank Standard”la bağlı vəziyyət müəyyən qədər fərqli olub. Bu bankın sağlamlaşdırılması ilə bağlı tədbirlər nəticə vermədi və onun menecmentinin, sanator bankın müraciəti əsasında "Bank Standard”ın lisenziyasını ləğv etdik. Hazırda digər banklarla bağlı ciddi problem yoxdur”.
R.Aslanlı onu da əlavə edib ki, "Bank Standard”ın əmanətçilərinə ödənilməli olan 460 mln. manat kompensasiyanın artıq 380 mln. manatı (təxminən 83% - "Report") ödənilib.