SON XƏBƏR

Rus ordusu Avdeyevkanın bir hissəsini işğal edib

Yanvar 29
16:36 2024
Rus ordusu Ukraynanın Avdeyevka şəhərinin bir hissəsini ələ keçirib.

"AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın "Bild” nəşri məlumat yayıb.

Məlumata görə, rusların ələ keçirdiyi ərazi şəhərin ümumi ərazisinin 10%-ni təşkil edir.

"Bild” eksperti Julian Röpkenin sözlərinə görə, bu ərazi Donetskdə sənaye zonasının qərbində yerləşir.

Röpke xatırladıb ki, əvvəlcə işğalçılar Stepovoye və Severnoye istiqamətində irəliləyərək Avdeyevkanı qərbdən mühasirəyə almağı planlaşdırıblar, lakin indiyədək bu cəhdlər uğursuz alınıb, rus qoşunları böyük itkilər verib.

"Düşmənin irəliləməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri bu döyüşdə düşmənin yüzlərlə texnikasını və minlərlə əsgərini məhv etməyə müvəffəq olub”, - analitik bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook