SON XƏBƏR

Rusiya 200-dən artıq ABŞ rəsmisini ölkəyə buraxmayacaq – Aralarında tanış simalar da var

Mart 14
16:37 2024
Rusiya 200-dən artıq ABŞ rəsmisinin ölkəyə girişini qadağan edib.

"AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Açıqlamada 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu bildirilib.

Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-nin Moskvadakı keçmiş səfiri Con Sallivan kimi tanış simalar da var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook