SON XƏBƏR

Rusiya 2024-cü ildə əmək miqrantları üçün kvota təyin etdi

Dekabr 02
15:28 2023
Rusiya hökuməti vizalı əmək miqrantları üçün kvotanı keçən illə müqayisədə 32 min nəfər artıraraq, 2024-cü il üçün 156 min nəfərə çatdırıb. 
 
Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustin imzalayıb.

"2024-cü il üçün Rusiya Federasiyasına viza əsasında gələn əcnəbi işçilərin 155 929 nəfər cəlb edilməsi zərurəti müəyyən edilsin", deyə sənəddə bildirilir.

Qeyd olunur ki, əcnəbilər prioritet ixtisaslara uyğun olaraq cəlb olunacaq, bunlar arasında iri və kiçik sənaye müəssisələrində ixtisaslı fəhlələrin peşələri, mədən, mədən əsaslı və təmir-tikinti işləri ilə məşğul olan işçilər, operatorlar, mexanizatorlar, maşinistlər və montyorlar, habelə metal emalı işçiləri var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook