SON XƏBƏR

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Oktyabr 21
01:43 2017
Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsi Azərbaycandan gətirilən 33 ton pomidorun ölkəyə girişinə icazə verməyib. Virtualaz.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir

Mənbəyə görə, məhsulun saxlanılmasına səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmamasıdır.

"Yükün sahibi "Bitkilərin karantini haqqında” Federal Qanunu pozub və buna görə də, cərimə şəklində inzibati cəza tətbiq edilib. Bütün idxal edilən məhsul geriyə - ixracatçı ölkəyə qaytarılıb”, - idarədən bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook