Rusiya ABŞ hərbçilərinin öldürülməsi üçün pul verib? – “Taliban”dan cavab
İyul 04
00:42
2020
"Taliban” heç bir tərəfin muzdluları ilə işləmir”. Bu sözlərlə "Taliban” rəhbərliyi Amerika mediasının təşkilatın Moskva ilə mümkün "razılaşma”sı barədə verdiyi məlumatlara münasibət bildirib.
Qaynarinfo "The Media Line”a istinadla xəbər verir ki, bu barədə "Taliban”ın Qətərdəki nümayəndəsi Suhail Şahin məlumat verib. Onun sözlərinə görə, hərəkat Əfqanıstanda İslam hökumətinin qurulması üçün mübarizə aparır.