SON XƏBƏR

Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib

Oktyabr 31
22:43 2017
Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın "Velikiy Novqorod" sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə və obyektlərinə "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib.

"Raket atəşi nəticəsində Deyr-əz-Zor əyalətinin Əbu-Kəmal yaşayış məntəqəsi yaxınlığında İŞİD terrorçularının idarəetmə məntəqələri, iri silah-sursat anbarı, zirehli texnikası məhv edilib", - Rusiya Müdafiə Nazirliyindən deyilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook