SON XƏBƏR

Rusiya atletləri Rio Olimpiadasına buraxılmaya bilər

Noyabr 10
14:50 2015
Bu gün Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
 
Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, müstəqil komissiya bu ölkənin idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib. Əgər bu tələb qəbul edilsə, şimal qonşularımızı təmsil edən atletlər Beynəlxalq Atletizm Federasiyaları Assosiasiyasının (İAAF) bayrağı altındakı bütün yarışlardan, həmçinin 2016-cı ildə Braziliyada baş tutacaq Olimpiya Oyunlarından kənarda qalacaq.
 
Bundan əlavə, WADA Moskvada yerləşən laboratoriyaların işlərinin dayandırılmasını, rəhbərliklərin qovulmasını, həmçinin Rusiya Antidopinq Agentliyinin beynəlxalq kodekslərə uyğun gəlmədiyinin elan olunmasını tələb edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook