Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı
İyun 02
11:09
2016
Rusiyanın "Ruslayn” aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirməkdən imtina edib.
Ümumilikdə iyunun 1-dən Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.
Bununla bağlı müvafiq qərar iyunun 1-də qəbul olunub. Paralel olaraq, aviaşirkət Ermənistana, Ukraynaya və Özbəkistana uçmaqdan da imtina edib.
"Ural Hava Yolları” da bəzi MDB və Avropa ölkələrinə, habelə Monqolustan və Çinə uçmaq niyyətində deyil.Ümumilikdə iyunun 1-dən Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.
Ekspertlər hesab edir ki, qərarın qəbul olunmasına səbəb qeyd edilən istiqamətlərə tələbatın az olmasıdır.(apa)
Qlobal.az