Rusiya aviasiyası İŞİD-in Qafqazdan olan yaraqlılarını məhv etdi
Oktyabr 03
11:57
2017
Rusiya Kosmik Hava Qüvvələrinin zərbələri nəticəsində son iki sutka ərzində Suriyada İŞİD-in yeddi səhra komandiri öldürülüb.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
O bildirib ki, zərbələr İŞİD-in Fərat çayının şərq sahillərində yerləşən mövqelərinə endirilib.
"Aviazərbələrlə İŞİD-in xarici muzdurların hazırlığı mərkəzi, həmçinin Şimali Qafqazdan təxminən 40 döyüşçü, eləcə də terrorçuların mobil snayper qrupu məhv edilib", — Konaşenkov vurğulayıb.
Onun sözlərinə görə, öldürülən səhra komandirləri arasında Qazaxıstan əsilli Əbu İslam əl-Qazaxi də var. Əbu İslam əl-Qazaxi İŞİD-in Fərat vadisindəki silahlı qruplarına rəhbərlik edib.