SON XƏBƏR

Rusiya Avropa Şurasına olan 60 milyon avro borcunu qaytarmaq üçün şərt irəli sürdü

Aprel 15
12:27 2019
Rusiya Avropa Şurasına olan 60 milyon avro borcunu qaytarmağa hazırdır.

"İzvestiya” nəşri yazır ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası Rusiyanın nümayəndə heyətinə qarşı diskriminasiya təhdidlərini aradan qaldıracağı halda borcu ödəyəcəklər.

Qeyd edək ki, AŞPA 2015-ci ilin yanvarında Rusiya nümayəndə heyətinin assambleyanın rəhbər orqanlarda səs vermək və iştirak etmək hüququ üzrə səlahiyyətlərini həmin ilin aprel ayınadək dayandırmaq haqqında qərar qəbul edib. Bu qərardan sonra rusiyalı deputatlar qurumun toplantılarında iştirakdan imtina etmişdi.

Rusiyanın Ukrayna ərazisi olan Krım yarımadasını ilhaq etməsi AŞPA-nın bu addımı atmasına səbəb olub. Rusiyanın yarımadanı ilhaqı 2014-cü il fevralın 23-də başlayıb və martın 26-da başa çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook