Rusiya Azərbaycana elektrik enerjisi ötürən yarımstansiyanı təmirə bağlayır
Sentyabr 05
08:29
2016
Rusiyanın "Federal Şəbəkə Şirkəti" Dağıstanda yerləşən "Belici" yarımstansiyasında yenidənqurma işlərinə başlayıb. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Bildirilir ki, aparılan işlər Dağıstanın cənub hissəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq. Bununla yanaşı, aparılan işlər nəticəsində 110 kV "Belici-Yalama" dövlətlərarası elektrik enerjisi ötürücüsünün fəaliyyətini gücləndirəcək. Qeyd edək ki, bu ötürücü vasitəsilə Dağıstandan Azərbaycana elektrik enerjisi nəql olunur.
Qlobal.az