SON XƏBƏR

Rusiya Baxmut uğrunda döyüşlərdə Ukraynadan 5 dəfə çox əsgər itirir – CNN

Mart 07
10:56 2023
Rusiya hərbçiləri Donetsk vilayətində Baxmut uğrunda gedən döyüşlərdə ukraynalı müdafiəçilərdən beş dəfə çox əsgər itiriblər.

Qaynarinfo xəbər verir ki, CNN, NATO kəşfiyyatı ilə tanış olan NATO hərbi rəsmisinə istinadən yazır.

NATO kəşfiyyatının hesablamalarına görə, Baxmutu müdafiə edərkən ölən hər bir ukraynalı əsgərə görə, rusiyalılar ən azı beş nəfəri itirir.

Rəsmi qeyd edib ki, beşə bir nisbəti kəşfiyyat məlumatlarına əsaslanan ağlabatan təxmindir. O əlavə edib ki, Ukrayna da şəhəri müdafiə edərkən xeyli itki verir.
Baxmut uğrunda gedən döyüşlərdə Rusiya itkilərinin çox olması məlumatını dolayı yolla Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib.

Prezident Zelenski növbəti videomüraciətində şəhərin rus işğalçılarından müdafiəsini davam etdirmək qərarını şərh edərkən Baxmutun bütün müharibənin ən böyük nəticələrindən birini verdiyini bildirib. 

"Baxmut bu müharibə zamanı, bütün Donbas uğrunda gedən döyüş zamanı ən böyük nəticələrdən birini verdi və verməkdədir. Və bu çətin istiqamətdə döyüşən hər bir əsgərə təşəkkür edirəm. Dövlətimizin hər yerində, bütün istiqamətlərdə döyüşənlərə təşəkkür edirəm", - Ukrayna prezidenti deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook