SON XƏBƏR

“Rusiya bizə silah vermədi” – Armen Qriqoryan

Mart 02
10:10 2024
"Biz 2021-ci ildən Rusiyadan silah almağa çalışdıq, müqavilələr bağladıq, bu addımları birgə həyata keçirmək üçün hərtərəfli ordu islahatı konsepsiyası hazırladıq, amma əvəzində may-noyabr aylarında Ermənistana hücumlar edildi, Rusiya bizə silah vermədi. Biz başqa tərəfdaşlardan lazımi silahları aldıq və biz yeni tərəfdaşlar axtarmağa başladıq”.

"AzPolitika” xəbər verir ki, bunu İctimai Televiziyaya müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O, qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın şaxələndirilməsi tələbi obyektivdir.

"2020-ci ildə Ermənistanın bütün hərbi-texniki əməkdaşlığı ancaq Rusiya ilə olub. 2021-ci ilin yanvarından indiyədək biz müxtəlif ölkələrlə bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq, Rusiyanın onların arasında payı 10%-dən azdır. Eyni zamanda, Ukraynadakı müharibə və bununla əlaqədar təchizat çatışmazlığı tez-tez xatırlanır. Lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, ona əsasən silah bir ildən gec olmayaraq çatdırılmalıdır. Bu, Rusiyanın seçimi idi, biz faktlarla üzləşdik və tərəfdaşlarımızı şaxələndirməli və yenilərini axtarmalı olduq. Bu tərəfdaşlar arasında Hindistan, bu yaxınlarda Fransa, müxtəlif Aİ ölkələri var, biz bir çox başqa ölkələrlə işləməyə başlamışıq”, - Qriqoryan bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook