SON XƏBƏR

Rusiya Caliber.az saytını da bloklayıb

Aprel 28
00:17 2022
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor”) Rusiyada Caliber.az saytını bloklayıb.

"Report”un məlumatına görə, sayta Rusiyadan giriş məhdudlaşdırılıb.

Yeri gəlmişkən, Rusiya qanunvericiliyini pozaraq, heç bir xəbərdarlıq etmədən sayta girişi məhdudlaşdırıb.

Buna səbəb Caliber.azın Rusiya-Ukrayna müharibəsi, habelə digər mövzularla bağlı operativ, dəqiq xəbərlər yayması olub. Bununla da Rusiya alternativ fikrə qarşı dözülməz münasibətini bir daha ortaya qoyub. Görünür, saytın Ukraynada davam edən müharibə barədə operativ xəbərləri, qərəzsiz informasiyaları Rusiyanın bəzi rəsmilərinin narahatlığı ilə qarşılanıb.

Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə ilə bağlı qərəzsiz, operativ xəbərlər yayan digər mətbu orqanlar da Rusiyada bloklanıb. Buna Oxu.az, Haqqın.az, Baku.ws nümunəsi misal ola bilər. Bütün bunlar "Roskomnadzor”un və digər rəsmilərin alternativ fikrə qarşı dözülməz münasibətini ortaya qoyur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook