Rusiya cüdo millisi Olimpiya Oyunlarında iştirakdan imtina etdi
İyun 29
16:36
2024
Neytral statusu almış rusiyalı cüdoçular Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmalarına baxmayaraq, turniri buraxacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik məlumat yayıb.
"Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya reytinqi qazanmış on yeddi cüdoçudan yalnız dördünü Olimpiadaya buraxıb. Digər idmançılar isə evdə qalmağa məcbur oldular.
Bu vəziyyətdə Rusiya Cüdo Federasiyasının prezidiumu yekdilliklə qərar qəbul etdi - Rusiya cüdo üzrə milli komandası təhqiredici şərtləri qəbul etməyəcək və BOK rəsmiləri tərəfindən təklif olunan tərkibdə Parisdəki Oyunlarda iştirak etməyəcək", deyə Soloveyçik bildirib.
Bir gün əvvəl BOK Rusiyadan və Belarusdan 10 idmançını, o cümlədən cüdoçular Mahmadbek Mahmadbekov (Rusiya), Valeri Endovitski (Rusiya), Elis Startsev (Rusiya), Dali Liluaşvilini (Rusiya) Olimpiadaya buraxıb.
Bundan əvvəl məlum olub ki, lisenziya almış 33 idmançıdan 11-i AIN (fərdi neytral idmançılar) statusunu almaq üçün BOK tərəfindən müəyyən edilmiş kriteriyalara cavab vermir.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna rusiyalı cüdoçuların Olimpiya Oyunlarından uzaqlaşdırılmasını tələb edib.