“Rusiya Donbassı ələ keçirsə, yenidən Kiyevə hücum edəcək" - Zelinski
Aprel 18
00:14
2022
"Ukrayna müharibəni dayandırmaq üçün ölkənin şərqindəki ərazilərdən imtina etmək fikrində deyil və Donbassda gələcək döyüşlərə hazırdır. Bu döyüş hərbi əməliyyatların sonrakı gedişinə təsir göstərə bilər".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Rusiya Donbassı ələ keçirsə, o zaman Kiyevə ikinci dəfə hücum etməyə cəhd etməyəcəyinə zəmanət yoxdur. Ona görə də Ukrayna üçün Rusiyabı cilovlamaq və dayandırmaq vacibdir, çünki gələcək döyüşlər müharibənin gedişatına təsir göstərə bilər:
"Donbassdakı döyüşlər bütün müharibənin taleyinə təsir göstərə bilər. Rusiyanın Donbassdan sonra Kiyevə hücum etməyəcəyinə dair heç bir zəmanət yoxdur. Mən Rusiya hərbçilərinə və Rusiya rəhbərliyinə inanmıram. Onların Donbassı ələ keçirməsi, bundan sonra dayanacaqları demək deyil. Əksinə, bu halda Kiyevə daha çox yaxınlaşacaqlar".