Rusiya Əfqanıstana hərbi kontingent göndərməyəcək
Avqust 19
04:19
2021
"Əfqanıstandakı problemlərin sülh yolu ilə həlli üçün Rusiya siyasi və diplomatik səylərə diqqət yetirəcək”.
"Report” "İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin Əfqanıstana daxil olması üçün heç bir şərt yoxdur:
"Əfqanıstan istiqamətində biz ilk növbədə siyasi və diplomatik səylərə diqqət yetirəcəyik, tərəfdaşlarımızla birlikdə Əfqanıstanda mövcud olan problemlərin sülh yolu ilə həll edilməsi yollarını axtaracağıq”.
Təhlükəsizlik Şurasının sədri bildirib ki, bunun üüçün, xüsusən də Moskva formatı yaradılıb və uğurla fəaliyyət göstərir: