Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırdı
Dekabr 20
13:21
2018
Rusiya baş naziri Dmitri Medvedevin müavini Dmitri Kozak Ermənistan hökumətinə - konkret olaraq erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq, 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin artacağını bildirib.
Məktubda Dmitri Kozak qeyd edib ki, Rusiyanın sərhəddəki qazının min kubmetrinin qiyməti 215 dollar olacaq və bu qərar müzakirə olunmur.
"Məsələ ilə bağlı biz Avinyanın özündən şərh almağa çalışdıq. Amma onun ofisinin rəhbəri Varaq Siseryan bildirdi ki, baş nazirin müavini gün ərzində bir neçə görüşdə iştirak edəcəyindən suala cavab verməyə vaxtı olmayacaq. Bununla belə, qaydalara uyğun olaraq ofis 5 gün ərzində bu sualı cavablandıracağını deyib” – "168 jam” qəzeti yazır.
Qeyd edək ki, hazırda Ermənistan sərhəddə Rusiya qazının min kubmetrini 150 dollara alır. Yerevan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Erməni KİV-ləri isə yazır ki, əgər razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi ilə nəticələnəcək.

(Azvision.az)