Rusiya Ermənistanda sıradan çıxmış dəmir yolunu bərpa edir
İyun 01
07:09
2024
Rusiya 25-26 may tarixlərində Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakətdən ziyan çəkən dəmir yol infrastrukturun bərpasına dəstək göstərir.
APA-nın məlumatına görə, bu barədə razılıq Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mqer Qriqoryan arasında əldə edilib.
Qeyd olunub ki, Ermənistanda baş vermiş daşqınların dəmir yolu infrastrukturuna zərərinin aradan qaldırılması işinə rusiyalı mütəxəssislər cəlb olunub. Bundan əlavə rəsmi Moskva bu prosesin maliyyə tərəfini də öz üzərinə götürüb.
Eyni zamanda Rusiya Ermənistanı həyati vacib yüklərlə də təmin edir.
Məlumatda o da qeyd olunur ki, "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri həm daxili, həm də Ermənistanla Gürcüstanı birləşdirən yeganə dəmir yolu xəttinin bərpası üzrə işlərə cəlb olunub.