"Rusiya Federasiyası parçalanacaq" - Ukraynalı tarixçi
Fevral 05
13:00
2024
Ukraynanın qələbəsi üçün ən yaxşı variant Rusiya Federasiyasının dağılmasıdır.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ukraynalı tarixçi Aleksander Alferov Ukrayna nəşrinə müsahibəsində eyib.
O qeyd edir ki, islamı qəbul etmiş çeçenlərə və dağıstanlılara qarşı pravoslavlığın tətbiq edilməsi Rusiyanın süqutunu sürətləndirəcək.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ukraynalı tarixçi Aleksander Alferov Ukrayna nəşrinə müsahibəsində eyib.
"İnanıram ki, Rusiya parçalanacaq. Bunun necə olacağına dair vahid bir fikir yoxdur. Rusiya Federasiyası üç iqtisadi və logistik regiondan -Avropa, Sibir və Uzaq Şərqdən ibarətdir. Düşünürəm ki, milli məsələlər federasiyanın dağılmasına səbəb olacaq. Rusiyada 190 növ müxtəlif millət var. Onlar arasında bir milyona yaxın əhalisi olan xalqlar da var".