SON XƏBƏR

Rusiya güləşçilərinə görə ABŞ-ı ittiham edir

Mart 29
09:45 2018
Rusiyanın Xarici İşlər Nazirliyi Vaşinqtonu rusiyalı güləşçilərin gözlənən yarışmaya buraxılmasını əngəlləmək cəhdində suçlayıb. Nazirlik bildirib ki, bu addım Birləşmiş Ştatların beynəlxalq idman tədbirləri keçirməyə uyğunsuz edir.

Nazirliyin martın 28-də bildirməsinə görə, Moskvadakı ABŞ səfirliyi Rusiya komandası üçün viza müsahibələrinin təşkilindən imtina edib. Aprelin 5-dən 9-dək ABŞ-ın Ayova ştatında sərbəst güləş üzrə Dünya Kuboku keçirilməlidir.

Dünya Kuboku üzrə səkkiz komanda yarışır və mövsümün ilk böyük qlobal yarışmasıdır.

Rusiya XİN-in sözçüsü Maria Zakharova bəyanatında deyib ki, ABŞ viza verməkdən "imtinası” Rusiyaya "birbaşa və açıq diskriminasiyadır”. Sözçü onu da deyib ki, səfirlik vizaların verilməsində yubanmanı işçi çatışmazlığıyla izah edir.

"Aydındır ki, Amerika ərazisində beynəlxalq yarışların keçirilməsi daha mümkün deyil, onlar ədalətli davranmırlar”, – Zakharova deyib.

Ötən il Rusiya Birləşmiş Ştatlara bu ölkədəki diplomatik heyətini 455 nəfərə salmağı əmr edib. Bundan öncə ABŞ Rusiyaya Birləşmiş Ştatlardakı səfirlik əməkdaşlarıyla bağlı eyni göstərişi vermişdi.

ABŞ bu həftə Rusiyanın 60 diplomatını qovduğunu, bu addımın Britaniyada keçmiş rusiyalı casusun və qızının zəhərlənməsinə cavab olaraq atıldığını bildirib. Rusiya da eyni tədbirin görüləcəyini vurğulayıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook