SON XƏBƏR

“Rusiya hələ bu tempdə daha iki il müharibə apara bilər” – Litva kəşfiyyatı

Mart 07
12:56 2024
Yüksək neft qiymətləri, sanksiyalardan yayınma və dövlət sərmayəsi Rusiyanı Ukraynada eyni tempdə daha iki il müharibə aparmaq üçün kifayət qədər resursla təmin edir.

"AzPolitika” xəbər verir ki, bu barədə Litva kəşfiyyatının son hesabatında bildirilir.

Qeyd olunur ki, Rusiya 2023-cü ildə Ukraynadakı döyüşlərdə zəifləyən ordusunu islahatlar apararaq gücləndirib və NATO ilə, o cümlədən də keçən il Alyansa qoşulan Finlandiya ilə sərhəddə hərbi imkanlarını genişləndirmək yolunu tutub.

"Moskva əldə etdiyi nəticələri qiymətləndirə və döyüş effektivliyini artırmağa qadirdir. Bundan başqa bir neçə ölkə Rusiyaya kömək edir. Əsasən də İran, Şimali Koreya və Çin. Ş. Koreya və İrandan xeyli miqdarda silah-sursat alan Rusiay Qərbin sanksiyalar siyahısında olan mikroçip problemini də həll edə bilib”,-deyə hesabatda qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook